31 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan-Kabarda-Balkar  biznes missiyası keçirilirdi.

Tədbirdə Kabarda-Balkar agro istehsalı kimi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları, Azərbaycan tərəfindən isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Ecosnacks, Azneftmaş və digər şirkətlərin nümayəndələri iştirak etdilər.

Açılış nitqində hər iki ölkənin qarşılıqlı iqtisadi münasibtələrindən danışan AR TSP-nin prezidenti Niyaz Əli-zadə, gələcəkdə daha məhsuldar işbirliyi üçün keçirilən biznes görüşlərin, forumların vacibliyini qeyd etdi. Tədbir B2B görüşlərlə davam etdi.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın