10 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan-Dağıstan bizsnes missiyası keçirilirdi.
Tədbirdə Dağıstanın ət və ət məhsulları, istixana, qapı istehsalı, boya istehsalı kimi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları, Azərbaycan tərəfindən isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, “Azprotein” MMC, “İdea” MMC, “Simtechnology” MMC, “Çaşıoğlu” MMC, “Smartagro” MMC, “Magrotech” MMC və digər şirkətlərin nümayəndələri iştirak etdilər.
Açılış nitqində hər iki ölkənin qarşılıqlı iqtisadi münasibtələrindən danışan AR TSP-nin prezidenti Niyaz Əli-zadə, gələcəkdə daha məhsuldar işbirliyi üçün keçirilən biznes görüşlərin, forumların vacibliyini qeyd etdi. Tədbir B2B görüşlərlə davam etdi.