31 yanvar 2020-ci il tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Biznes mühitinin yaxşılaşdırılması üçün normativ çərçivələrin dəstəklənməsi” layihəsi üzrə ekspert Mark Heyler və İqtisadiyyat nazirliyinin nümayəndəsi ilə AR TSP-də görüş keçirildi.
Görüş zamanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının öz fəaliyyət istiqamətləri və səlahiyyətləri çərçivəsində dövlətin ixrac strategiyası, ümumi uzunmüddətli məqsəd, buna nail olmaq üçün istiqamətlər, mövcud problemlər və bunların mümkün həlli yollarına dair bir çox fikirlər müzakirə olundu. Eyni zamanda, ekspertin müvafiq sualları əsasında fikir mübadiləsi aparıldı.