Biznesin inkişafına dəstək olan təşkilatlar üçün treyninq keçirildi

Avropa Palataları Assosiasiyasının Şərq tərəfdaşlığı proqramı, "East İnvest" layihəsi çərçivəsində 04-06 fevral, 2014-cü il tarixlərində Bakıda biznesin inkişafına dəstək olan təşkilatlar (Business Support Organizations) üçün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının dəstəyi ilə ASK-da Layihələrin idarə edilməsi mövzusunda treyninq keçirildi.

İtaliyanın Milan Ticarət və Sənaye Palatasının mütəxəssisləri Francesca de Paula və Andrea Badalamentinin aparmış olduğu treyninqdə Avropa ölkələrinin iqtisadi qaydaları, layihələrin idarəedilməsi və əsas prinsipləri müzakirə edildi.

 

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın