2022-ci il avqustun 21-dən 24-dək Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatlıyevin başçılıq etdiyi nümayəndə heyəti Sloveniyanın Qorna Radqona şəhərində 60 illik yubiley münasibəti ilə xüsusi təşkil olunmuş “AGRA - 2022” adlı beynəlxalq kənd təsərrüfatı və ərzaq səriginə baş çəkib və işlərlə tanış olub.
İşgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatlıyevlə Sloveniya Ticarət və Sənaye Palatasının Baş direktoru Ales Çantarutti, o cümlədən təşkilatçılar arasında görüşlər keçirilib və danışıqlar aparılıb. Sərgi çərçivəsində uzunmüddətli əməkdaşlıq məsələləri, iki ölkənin müəssisə və şirkətləri arasında işgüzar tərəfdaşlıq əlaqələrinin qurulmasının təşviqi müzakirə edilib. Danışıqların nəticəsi olaraq, Əməkdaşlıq Memorandumu imzalanıb.