Cari ilin 23 sentyabr tarixində Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin iqtisadi və ticarət müşaviri Ma Çi ilə AR TSP-nin vitse-prezidenti Nazim Tatliyevin Palatada görüşü baş tutdu.
Görüş çərçivəsində, iki ölkənin sıx inkişafda olan iqtisadi münasibətləri müzakirə edildi. AR TSP ilə ÇXR-da fəaliyyət göstərən ticarət və sənaye Palataları, sərgi şirkətləri ilə bağlanmış əməkdaşlıq müqavilələri və illər ərzində keçirilən çoxsaylı tədbirlər barədə ətraflı məlumat verildi. İki ölkə arasında daim iqtisadi münasibətlərin artan müstəvidə inkişafının hər iki ölkə üçün vacibliyi vurğulandı və gələcəkdə ikitərəfli görüşlərin və sərgilərin keçirilməsi ilə bağlı qərara gəlindi.