10 oktyabr 2025-ci il tarixində Türkiyə Respublikasının Sivas Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri cənab Zeki Özdemirin rəhbərliyi ilə Palatanın üzvlərindən ibarət 25 nəfərlik nümayəndə heyəti Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində keçirilən görüş zamanı nümayəndə heyətini Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Adil Hüseynov qəbul etmişdir.

Görüşdə Azərbaycan və Türkiyə arasında mövcud iqtisadi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Tərəflər arasında aparılan müzakirələr əsasən kənd təsərrüfatı, turizm, tikinti, idxal-ixrac və digər perspektivli sahələri əhatə etmişdir. Görüş zamanı iş adamları arasında birbaşa əlaqələrin qurulmasının və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın