19 dekabr 2025-ci il tarixində Türkiyənin Soma Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında görüş baş tutdu.Görüş zamanı nümayəndə heyətini Palatanın vitse-prezidenti Adil Hüseynov qəbul etmişdir.
Görüş çərçivəsində Azərbaycan və Türkiyə arasında mövcud iqtisadi əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, qarşılıqlı ticarət və investisiya imkanlarının genişləndirilməsi, eləcə də palatalar arasında institusional əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Tərəflər işgüzar dairələr arasında birbaşa əlaqələrin təşviqinin, birgə layihələrin həyata keçirilməsinin və qarşılıqlı nümayəndə heyəti səfərlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulamışlar.


