6 mart 2020-ci il tarixində İdman sarayında "Bakıda Hindistan Günləri" adlı tədbirin rəsmi açılışı baş tutdu. Açılış mərasimində Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna, Hindistanın Beynəlxalq Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti cənab Anil Triqunayat, "A.N.M. Exhibitions PVT. Ltd" sərgi təşkili şirkətinin prezidenti cənab Anil Mehta, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının sərgi və reklam şöbəsinin rəisi cənab Ervin Sadıqov iştirak etmişlər.

06-15 mart tarixlərini əhatə edən tədbir çərçivəsində artıq ənənəvi olaraq hər il təşkil olunan hind şirkətlərinin istehsal etdiyi malların sərgisi də keçirilmişdir. Zəngin mədəniyyətini və irsini istehsalına da yansıdan, çoxçeşidli və geniş sahəli malların sərgisi ziyarətçilərin böyük marağına səbəb olmuşdur.
 

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın