20 fevral 2013-cü il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının “BAS” Proqramı konsultantlar üçün Strateji Planlaşdırma üzrə seminar təşkil etmişdir. 14 konsaltinq sektorunun nümayəndələrinin qatılması ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nümayəndələri seminarın işində çox aktiv iştirak etdilər.
Tədbir işgüzar əlaqələrin yaratmaq məqsədi ilə Strateji Planlaşdırmanın əsas aspektlərini müzakirə etməklə iştirakçılara şərait yaratdı.
AYİB “Small Business Support” (Kiçik Biznesə Dəstək” – “SBS”), “Business Advisory Service” – “BAS” (“Biznes Məsləhət Xidməti) və “Enterprise Growth Program” - “EGP” (Müəssisənin İnkişaf Proqramı) Proqramları Şərq Tərəfdaşlığı ölkələrində Avropa Birliyi tərəfindən maliyyələşdirilir.