13 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əlizadə Liviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naser ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan və Liviya arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri və biznes əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulmasının vacibliyini vurğulayaraq, müxtəlif sahələr üzrə B2B görüşlərin təşkili və biznes dairələri arasında əməkdaşlığın gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Bundan əlavə, iki ölkədə sərgilərin təşkilii, potensial maraq sahələrinin müəyyənləşdirilməsi və gələcəkdə iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri də müzakirə olunub.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın