4 dekabr 2012-ci il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankı Biznes Məsləhət Xidmətləri Proqramı (BAS) nümayəndələri Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının əməkdaşlığı ilə təşkil olunmuş 15 yerli konsaltinq şirkətinə “BAS proqramının qaydaları və layihə idarəetməsinin üsulları” adlı təlim keçdi. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında təşkil olunmuş tədbirin əsas məqsədi BAS proqramı ilə əməkdaşlıq edən mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək və layihələrin hər mərhələ üzrə icrasının keyfiyyətini artırmaqdan ibarət idi.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın