04 iyun 2019-cu il tarixində Rusiyanın Voronej vilayətinin “Sentrsvet” (“Центрсвет”) zavodunun direktoru Vladimir Koşeyev və baş mühəndisi İqor Naumenko ilə AR TSP-nin prezidenti Niyaz Əl-zadənin görüşü baş tutmuşdur. Görüş zamanı Gəncə Elektriklampa zavodunda LED lamplaların ixracının müasirləşdirilməsi və təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur.

Regionlarda potensial iş imkanlarının artması və yeni sahələrin yaranması Azərbaycanda iqtisadi inkişafın bariz nümunəsi olduğunu qeyd edən Niyaz Əli-zadə, Gəncə şəhərində Elektriklampa zavodunun da ziyarət edilməsini təklif etmişdir. Təklifi dəyərləndirərək növbəti günlərdə Gəncəyə səfər edən Vladimir Koşeyev, Gəncə şəhərinin icra başçısı ilə görüşmüş, Gəncə Elektriklampa zavodunu ziyarət etmiş və əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın