Cari ilin 21 iyun tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında İzmirdə fəaliyyət göstərən EGİAD-ın (Ege Gənc İşadamları Dərnəyi) turizm, konsaltinq, hüquq, mebel və dekorasiya, inşaat, kimya, bitki mənşəli məlumatlar, mədən, dəmir və s. sahələri təmsil edən 21 nəfərdən ibarət nümayəndə heyəti ilə görüş keçirildi. Gənc iş adamlarını qarşılayan Azərbaycan TSP-nin vitse prezidenti Adil Hüseynov Azərbaycan-Türkiyə iqtisadi əlaqələri, Azərbaycanda gənc sahibkarların fəaliyyəti və s. haqqında geniş məlumat verdi. Azərbaycanda fəaliyyət göstərən uyğun sahələr - turizm, konsaltinq, hüquq, mebel və dekorasiya, inşaat, kimya, bitki mənşəli məlumatlar, mədən, dəmir və s. sahələrinin inkişafı, ikitərəfli əlaqələrin perspektivləri müzakirə olundu.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın