09 avqust 2022-ci il tarixində Ekvadorun ticarət müşaviri Kristobal Alban ilə AR TSP-nin təşkilat şöbəsində onlayn formatda görüş baş tutdu. Görüş çərçivəsində iki ölkənini iqtisadi münasibətləri, idxal-ixrac potensialları, əməkdaşlıq məsələləri müzakirə edildi. Azərbaycanda müxtəlif sahələr üzrə idxal prosesi ilə maraqlanan ticarət müşaviri Kristobal Albana hər sahə üzrə ətraflı məlumat verildi və iki ölkədə fəaliyyət göstərən sahibkarlara dəstək məqsədi ilə gələcəkdə birgə tədbirlərin keçirilməsi və tədbirlərdə iştirakın təmin olunması barədə razılığa gəlindi.