BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən Azərbaycanda 3-cü dövr “Ətraf mühit üzrə fəaliyyətin icmalı hesabatı”nın (EPR) hazırlanması ilə əlaqədar 23 noyabr 2021-ci il tarixində EPR komandasının eksperti Nicholas Bonovoisin ilə AR TSP-nin təşkilat şöbəsində görüş keçirildi. Görüş zamanı ekspertin sualları cavablandırılmış, ətraf mühit, layihələr, proqramlar, görülən işlər və tədbirlər barədə müzakirələr aparılmışdır.
Azərbaycan üzrə 1-ci dövr hesabat 2003-cü il, 2-ci dövr hesabat isə 2011-ci ildə hazırlanmışdır. Hesabatın məqsədi ölkənin ekoloji və iqtisadi hədəflərini uzlaşdırmaqla milli siyasətin formalaşdırılması və beynəlxalq ekoloji öhdəliklərin yerinə yetirilməsində əldə olunan nailiyyətin qiymətləndirilməsidir.