Avropa Palataları Assosiasiyası (Eurochambres) və EU4BCC layihəsinin birgə təşəbbüsü ilə Kiçik və Orta Sahibkarlar və Biznesə dəstək göstərən təşkilatlar üçün növbəti işgüzar səfər baş tutdu. 19-24 may 2024-cü il tarixlərində Estoniyanın Tallinn şəhərinə olan işgüzar səfərdə Şərq Tərtəfdaşlığı (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna) ölkələrində fəaliyyət göstərən BSO-lar və KOS-lar üçün “Rəqəmsal marketinq və Sosial Media” mövzusunda treyninqlər keçirildi, sahə üzrə müxtəlif müəssisələr ziyarət edildi. Hər il müxtəlif ölkələrdən aparıcı startapları və ABŞ, Avropa və Asiyanı əhatə edən investorları bir araya gətirən dünyanın qabaqcıl startap və texnoloji tədbiri olan Latitude59 isə səfərdə iştirak edən mütəxəssislər üçün ikitərəfli görüşlərin keçirilməsi, şəbəkələşmənin qurulması, yeni layihələrin və iş imkanlarının müzakirəsi üçün münbit şərait yaratdı.
İşgüzar görüşdə Azərbaycanı AR TSP, AMFA, ABB İnnovation və digər qurumların nümayəndələri təmsil etdilər.