Avropa Birliyinin təşəbbüsü və Avropa Palataları Assosiasiyasının (Eurochambres) idarəçiliyi ilə Avropa Birliyi ölkələri və Şərq tərəfdaşlığına daxil olan ölkələr (Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Moldoviya, Ukrayna) arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə həyata keçirilən EU4BCC (EU4Business Connecting Company) layihəsi 2021-ci ilin mart ayı müddətində xüsusi seçilmiş sahələr üzrə beş konsortium daxilində (Turizm, Tekstil, Bio-ərzaq, Kreativ sənaye, Şərab) netvorkinq tədbirlərinə start verdi.
Bildirmək istərdik ki, İspaniya, Yunanıstan, Ukrayna və Azərbaycanın daxil olduğu Turizm konsortiumu hər ölkənin Ticarət və Sənaye Palatalarının koordinatorluğu ilə EU4BCC layihəsində iştirakçıdır.
Belə ki, 24 mart 2021-ci il tarixində qeyd olunan dörd ölkənin Ticarət və Sənaye Palatalarının nümayəndələrinin moderatorluğu ilə onlayn formatda baş tutan Turizm konsortiumunun netvorkinq tədbirində Avropadan və Şərq tərəfdaşlığına daxil olan ölkələrdən iyirmidən çox Palata, KOB-a dəstək verən agentliklər və təşkilatların nümayəndələri iştirak etdilər. Hər bir nümayəndə sözügedən layihənin növbəti mərhələsinə vəsiqə qazanmaq üçün öz təşkilatlarının kiçik təqdimatını edərək, əlaqələrin qarşılıqlı mübadiləsini həyata keçirdilər. Tədbirin sonunda EU4BCC layihəsinin təşkilatçıları tərəfindən layihənin növbəti mərhələləri açıqlandı.