31 mart 2021-ci il tarixində Avropa Birliyinin təşəbbüsü və Avropa Palataları Assosiasiyasının (Eurochambres) idarəçiliyi ilə həyata keçirilən EU4BCC layihəsi çərçivəsində AR Ticarət və Sənaye Palatası da daxil olmaqla Ukrayna, Yunanıstan və İspaniya Palatalarından ibarət olan Turizm konsortiumu növbəti netvorkinq tədbiri həyata keçirdi. Onlayn formatda baş tutan tədbir zamanı bir çox Avropa ölkələrinin və Şərq tərəfdaşlığı ölkələrinin Palataları, KOB-lara dəstək verən agentliklər və təşkilatları layihənin növbəti mərhələsində həyata keçiriləcək B2B görüşlər, akademiyalar, tvinninqlərə olan maraq və tələbata uyğun olaraq tədbirlərdə iştirak etmək üçün müraciət mərhələsinə dair müzakirələr aparıldı.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın