02-07 iyun 2024-cü il tarixlərində EU4Business: Connecting Companies layihəsi çərçivəsində Şərq Tərtəfdaşlığı (Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan) ölkələrində fəaliyyət göstərən KOS-lar, Biznesə dəstək verən təşkilatlar, o cümlədən Ticarət və Sənaye Palataları üçün “Bio-orqanik qida və şərab” mövzusunda layihənin növbəti işgüzar səfəri baş tutdu. İspaniyanın Madrid şəhərinə olan 5 günlük səfər zamanı, Madriddə bio-orqanik sahədə faəliyyət göstərən iri hipermarkətlər ziyarət edildi, mövzu üzrə təlimlər keçirildi. Səfər çərçivəsində “Organic Food İberia and Eco living İberia 2024” sərgisində EU4BCC iştirakçıları üçün ayrılmış xüsusi stenddə sahibkarlara öz məhsullarını xarici bazara tanıtmaq üçün çox böyük imkan yaradıldı.
Sözügedən səfərdə Azərbaycandan Gender Port, Aznar, Abşeron Saffron, Mr. Bee və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasından nümayəndələr iştirak etdilər.
Səfər zamanı AR TSP-nin nümayəndəsi Madrid Ticarət və Sənayə Palatası, Toleda Ticarət və Sənaye Palatasının rəhbər heyəti, eyni zamanda Azərbaycan Respunlikasının İspaniyadakı səfirliyinin ticari attaşesi ilə görüşmüş və ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilmişdir.