Niderland krallığının Venlo şəhərində keçirilən “Floriade 2012” sərgisində may ayının 24-də Azərbaycanın Respublika gününə həsr olunmuş tədbir təşkil edilmişdi. Tədbir respublikamızın Niderland Krallığındakı səfirliyi, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və Niderlandda fəaliyyət göstərən “Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” cəmiyyəti tərəfindən təşkil edilmişdir. Sərgidəki pavilyonumuzda keçirilən tədbir/viktorina yerli məktəbliləri respublikamızla daha yaxından tanış etmək və Azərbaycan haqqında bilklərini genişləndirmək məqsədi güdürdü. Tədbirdə fəal iştirak edən Valkenburg qəsəbəsinin “Heilig Hart” orta məktəbinin şagirdləri respublikamızın tarixi keçmişi, coğrafiyası, mədəniyyəti və müasir dövlət quruculuğuna dair suallara cavab verməklə dövlətimiz haqqında malik olduqları biliklərini sərgini ziyarət edən qonaqlara layiqincə nümayiş etdirdilər. Viktorinada iştirak edən 34 şagird və 11 nəfərdən ibarət müəllim heyətinə Azərbaycandan gətirilmiş suvenirlər hədiyyə edildi. Sual-cavabda fəal iştirak edən şagirdlər isə xüsusi mükafatlarla təltif olundular.

Viktorina iştirakçıları yalnız hazırcavablığı ilə deyil, xarici görünüşləri ilə də sərgi ziyarətçilərinin diqqətini cəlb etdilər. Viktorinada şagirdlər, üzərində milli atributlarımız əks olunan baş örtüyü ilə iştirak edirdilər.

Tədbirə həmçinin rəsmi qonaqlar dəvət olunmuşdular. Valkenburg bələdiyyəsinin turizm-təşkilatçılıq işləri üzrə bələdiyyənin sədr müavini cənab W.J.M. Thijssen təşkil edilmiş tədbirin əhəmiyyətini xüsusilə vurğuladı və gələcəkdə belə tədbirlərin daha da çox keçirilməsini arzuladı.

Tədbirin sonunda qonaqlar “Floriade 2012” sərgisində milli kaloriti ilə xüsusi seçilən pavilyonumuz haqqında yüksək təəsüratlarını söylədilər.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın