2012-ci il aprelin 4-də Niderland Krallığının Venlo şəhərində“Floriade 2012” Beynəlxalq sərgisinin rəsmi açılış mərasimi olmuşdur. Bu sərgidə 50-yə yaxın ölkə və onlarla beynəlxalq təşkilat iştirak edir. Azərbaycan Respublikası da “Floriade 2012” sərgisində təmsil olunan ölkələr sırasındadır. Sərgi şəhərciyinin mərkəzi küçəsində Azərbaycan Respublikasına 700m² -dən artıq sahə ayrılmış və bu sahədə Ticarət və Sənaye Palatası tərəfindən öz füsunkarlığı ilə seçilən son dərəcə gözəl bir pavilion qurulmuşdur. Niderland Krallığında Floriade sərgisi on ildən bir keçirilir və Azərbaycan Respublikası ilk dəfə olaraq müstəqil pavilionla bu sərgidə təmsil olunur. Təntənəli açılış mərasimindən sonra Niderland Əlahəzrət Kraliça Beatriks və onu müşayiət edən çoxsaylı rəsmi şəxslər özünəməxsusluğu və son dərəcə milli kaloriti ilə seçilən Azərbaycan Pavilionunu ziyarət etmişlər. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev Əlahəzrət Kraliça Beatriks Azərbaycan Pavilionunun önündə qarşılayaraq salamlamış və ekspozisiya zalında Əlahəzrət Kraliça Beatriks Azərbaycanın tarixi keçmişi, bugünu və perspektiv inkişafı ilə bağlı filmlə tanış olmuşdur. Ziyarətin sonunda ali qonaq öz yüksək fikir və təəsuratını bildirmişdir. “Floriade 2012” sərgisi 6 ay davam edəcək və sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Günü keçiriləcəkdir. Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İskəndərov, Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov və digər rəsmi şəxslər kraliçanın paviliona ziyarəti zamanı mərasimdə iştirak etmişlər.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın