Cari ilin 14 yanvar tarixində Haaqa Ticarət və Sənaye Palatasının direktoru Eduard De Lustgraaf və beynəlxalq əlaqələr üzrə meneceri xanım Paulien Dirkzvager Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında Avropa Palataları Assosiasiyasının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində keçirilən "East-İnvest" layihəsi istiqamətində yeni sahə olan "coaching scheme" mövzusunda seminar keçirdi.

Seminarda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının heyəti ilə yanaşı Palatanın üzvləri də iştirak etdilər. Mövzu ətrafında geniş müzakirələt aparıldı və Azərbaycanın kiçik və orta sahibkarlarına bu yeni sahənin çatdırılması yolları araşdırıldı.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın