Rusiya Federasiyası Həştərxan vilayətindən Bakıya gəlmiş iş adamlarından ibarət nümayəndə heyətinin cari ilin 14 dekabr tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkilatçılığı və müşayəti ilə Azərbaycanın Sumqayıt şəhərində yerləşən nəhəng sənaye parkı STP-yə (Sumqayıt Texnologiya Parkı) biznes səfəri baş tutdu.

STP-nin uyğun sahələrini ziyarət edən nümayəndə heyəti Azərbaycanda istehsal olunan müasir sənaye malları ilə yaxından tanış edildi.

 

Nümayəndələrin digər səfəri isə Azərbaycan Heyvandarlıq Assosiasiyasına oldu. Assosiasiyanın sədri Nazim Səfərov nümayəndələri qəbul edərək, Azərbaycanda ət və ət məhsullarının istehsalı barədə, heyvandarlıqla əlaqədar geniş məlumat verdi. Sonra qonaqlar ət kombinatını ziyarət etdilər. Görüş çərçivəsində Həştərxanın “MyasKO” şirkəti ilə Əməkdaşlıq haqqında saziş imzalandı və ikitərəfli münasibətlərin davamı məqsədi ilə qərarlar qəbul edildi, müzakirələr aparıldı.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın