Cari ilin 09 aprel tarixində Hindistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Hindistanın ədviyyat sahəsində fəaliyyət göstərən sahibkarları ilə yerli iş adamları arasında interaktiv vebinar keçirildi. Vebinar müddətində şirkətlər istehsal etdikləri müxtəlif ədviyyatlar barədə, onların istehsalı və istehlakı, növləri və s. barədə geniş məlumat verib, təqdimatlar etdilər. Vebinarda Hindistanın Azərbaycandakı səfiri cənab Bavitlunq Vanlalvavnan çıxış edərək, Hindistan və Azərbaycan arasındakı iqtisadi münasibətlərin və iki ölkə arasındakı əlaqələrin vacibliyini qeyd etdi.

AR TSP-nin də nümayəndəsinin iştirak etdiyi vebinarın sonunda hər iki ölkənin şirkət nümayəndələri qarşılıqlı olaraq fikir mübadilələri apardılar.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın