22 noyabr 2019-cu il tarixində AR TSP-nin vitse-prezidenti Nazim Tatliyev Hindistanın Sənaye Konfederasiyasının təşkilatçılığı və Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıya biznes səfərə gəlmiş hindistanlı iş adamlarından ibarət nümayəndə heyətini Palatada qarşıladı. İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən şirkətlərin nümayəndələri öz şirkətləri haqqında ətraflı məlumat verərək, Palatanın üzvləri ilə uyğun sahələr üzrə əməkdaşlığa hazır olduqlarını bildirdilər. Nazim Tatliyev öz növbəsində, son zamanlar Hindistan və Azərbaycan arasında inkişaf edən münasibətləri, turizm, təhsil, tibb sahələrindəki əməkdaşlıqları əsas götürərək, hər zaman birgə fəaliyyətə və Palatanın səlahiyyətləri çərçivəsində dəstəyə hazır olduğunu qeyd etdi.