26 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə və vitse-prezidenti Nazim Tatlıyev İpək Yolu Beynəlxalq Ticarət Palatasının nümayəndələrini qəbul etmişdirlər. Göruşdə Asiya-Sakit okean Ticarət və Sənaye Palatası Konfederasiyasının prezidenti Jemal İnaişvili, İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədri Lu Jianzhong və başqa rəsmi nümayəndələr iştrak etmişlər.