İqtisadi və Ticarət Attaşesi ilə görüş
26 noyabr 2013-cü il tarixində Belçikanın Türkiyədəki Baş Konsulluğunun iqtisadi və Ticarət Attaşesi cənab Eric Bletard ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Birinci vitse-prezidenti Niyaz Əli-zadənin görüşü baş tutdu. Görüş zamanı 2014-cü ilin I rübündə Bakıda Belçika şirkətlərinin Bakıya səfəri çərçivəsində missiyaların keçirlimə potensialı və əməkdaşlıq məsələləri müzakirə olundu.