18 may 2015-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadənin İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pakayin ilə Palatada görüşü baş tutdu.
Səmimi dostluq şəraitində keçən görüşdə cənab Pakayin Azərbaycan və İran arasındakı münasibətlərin möhkəmliyini qeyd edərək, iqtisadi-ticari sahədə də münasibətlərin inkişaf etdirilməsinin, özəl sektorlar arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğuladı. İran İslam Respublikasının Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının əməkdaşlığının bu sahədə xüsusi rol oynadığını qeyd etdi.
Cənab Əli-zadə də öz növbəsində Azərbaycan-İran münasibətlərinin ölkəmiz üçün iqtisadi səhədə vacibliyini vurğuladı və İran İslam Respublikasının Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası, həmçinin İran İslam Respublikasının digər regional Palataları ilə iqtisadi əməkdaşlıq münasibətləri barədə ətraflı məlumat verdi.