11 Mart 2021-ci il tarixində AR TSP-nin prezidenti Niyaz Əli-zadə İraq Respublikasının Azərbaycan Respublikasındakı Müvəqqəti İşlər Vəkili cənab Maki Ressan Al-Mamori ilə Palatada görüşü baş tutudu.
Görüş zamanı, İraq və Azərbaycan arasındakı iqtisadi münasibətlər, ikitərəfli əməkdaşlığın inkişafı, qarşılıqlı biznes mühitinin yaradılması və digər məsələlər müzakirə edildi. Son zamanlar dünyada baş verən pandemiya və virusun yayılması, hər iki ölkənin iqtisadiyyatına göstərdiyi təsir və yaranan problemlərin aradan qaldırılmasına dair görülən işlər barədə fikir mübadiləsi aparıldı.