16 noyabr 2021-ci il tarixində Avropa İttifaqının dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən "EU4Environment" regional proqramı çərçivəsində növbəti seminar keçirildi. Onlayn formatda baş tutan seminarda tullantıların idarə edilməsinin təkmilləşdirilməsi, metodologiyasının nümayişi, pilot rayonların və müəssisələrin seçilməsi üzrə hesabatın təqdimatı ətraflı izah olundu. O cümlədən, bu sahədə növbəti addımlar müzakirə edildi.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə AR Ticarət və Sənaye Palatasından da nümayəndə iştirak etdi.