21 iyun 2013-cü il tarxində İtaliyanın Veneto vilayətindən nümayəndə heyəti ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Adil Hüseynovun görüşü baş tutdu. Görüşdə Azərbaycan-İtaliya iqtisadi, mədəni əlaqələri müzakirə edildi. Veneto Promonzenin İqtisadi Marketinq şöbəsinin rəisi Fabrizio Alvisi qeyd etdi ki, son illər ərzində hər iki ölkənin arasında yaranan sıx dostluq münasibəti iqtisadi əlaqələrin daha da inkişaf etməsinə şərait yaradır. Görüş zamanı münasibətlərin bu aspektdə davamı istiqamətində geniş müzakirələr aparıldı.