İtaliyanin Azərbaycandakı səfiri ilə görüş
04 fevral 2014-cü il tarixində Palatada İtaliyanın Azərbaycanda yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri cənab Campaolo Kutillyo ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Birinci vitse-prezidenti Niyaz Əli-zadənin görüşü baş tutdu. Görüş zamanı İtaliya ilə Azərbaycan arasındakı ticari, iqtisadi-siyasi, diplomatik və mədəni əlaqələrin inkişafı və gələcəkdə bu əlaqələrin daha da möhkəmləndirilməsi müzakirə olunub.
N.Əli-zadə Azərbaycanın ticari-iqtisadi bazarında İtaliyanın əsas yerlərdən birini tutduğunu, o cümlədən, yerli sahibkarların İtaliya şirkətlərinə olan marağını və İtaliya səfirliyi ilə bu baxımdan əlaqələrin vacibliyini vurğuladı. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə İtaliyanın əsas və regional Palataları arasındakı sıx əməkdaşlıq münasibətlərini və gələcəkdə əlaqələrin daha da mütəşəkkil olamacağını qeyd etdi. Cənab Kutillyo öz növbəsində İtaliya səfirliyi ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası arasındakı əməkdaşlıq münasibətlərini hər zaman diqqətdə saxladığını bildirdi.