18 iyul 2022-ci il tarixində İtaliyada fəaliyyət göstərən və ölkənin iri banklarından biri olan "İNTESA" bankının direktorlar şurasının sədri Antonio Fallico və beynəlxalq əlaqələr şöbəsinin direktoru və koordinator Emil Əliyev ilə AR TSP-nin prezidenti Niyaz Əli-zadə və vitse-prezidenti Nazim Tatliyevin Palatada görüşü baş tutdu.
Görüş çərçivəsində iki ölkə arasında beynəlxalq iqtisadi münasibətlər müzakirə olundu və gələcəkdə keçiriləcək tədbirlərdə əməkdaşlıqla bağlı razılıq əldə edildi.