İtaliyanın regional palataları ilə əməkdaşlıq
2013-cü ilin 03 dekabr tarixlərində İtaliyanın Udine şəhərinin Ticarət Palatasının prezidenti Giovanni Da Pozzo və italyan iş adamlarından ibarət nümayəndə heyəti ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əli-zadənin görüşü keçirildi.
Görüş zamanı hər iki Palatanın əməkdaşlıq məsələləri, gələcəkdə birgə layihələrin hazırlanması, birgə forum və missiyaların keçirilməsi və sair mövzular müzakirə olundu. Azərbaycan və İtaliya arasında son illərdə yaranmış sıx dostluq münasibətlərinin iqtisadi münasibətlərə müsbət təsiri xüsusi vurğulandı.