Koreya Respublikasının Ticarət və Sənaye Palatasının vitse-prezidenti ilə görüş

Cari ilin 6 noyabr tarixində Koreya Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində  Koreya Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezindenti Lee Seong Voo və AR TSP-nin prezidenti Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu.

Görüş zamanı 2012-ci ildə Koreyanın Yeosu şəhərində keçirilən “Canlı dəniz və sahil” beynəlxalq sərgisində AR TSP-nin iştirakı ilə Azərbaycan Pavilyonunun təmsil edilməsi, Koreya və Azərbaycan Palataları arasında münasibətlər, sahibkarlar və iş adamları üçün iş imkanları, təhsil, turizm, bərpaolunan enerji, ölkəmizdə ilk dəfə tətbiq olunan “ağıllı kənd” və “ağıllı şəhər” konspesiyasında Koreya şirkətlərinin təcrübəsi və bir çox sahələr müzakirə edildi.

Görüş çərçivəsində vitse-prezindent cənab Lee Seong Voo “EXPO 2030” Ümumdünya sərgisinin keçirilməsi üçün Koreyanın Pusan şəhərinin namizəd ölkələr sırasında olduğunu qeyd etdi, şəhərin bu sahədə potensialı barədə ətraflı məlumat verdi və Pusan şəhərinin namizədliyini təşviq edən video çarx nümayiş olundu.

Görüşün sonunda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Koreya Respublikası Ticarət və Sənaye Palatası arasında “Anlaşma Memorandum”u imzalandı.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın