12 aprel 2021-ci il tarixində ADA Universitetinin və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən "Lütfi Zadənin dünya iqtisadiyyatı və elminin inkişafına töhfələri" adli konfrans keçirildi. Baş tutan onlayn konfransda Azərbaycanda elmə, texnoloji inkişafa, insan kapitalına, sənayedə araşdırmanın vacibliyi kimi mövzuların mahiyyətinə toxunuldu. Konfransda sessiya üzrə təyin edilmiş mövzular ətrafında çıxışlar, müzakirələr və debatlar təşkil olundu.
AR Ticarət və Sənatye Palatasının nümayəndəsinin də iştrak etdiyi konfransda dövlət qurumları, özəl sektorlardan və təhsil müəssisələrindən, həmçinin, xarici şirkətlərin nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və akademik dairələrdən də dəvət edilmiş nümayəndələr iştirak etdilər.