17 noyabr 2021-ci il tarixində Tacikistan Respublikasının Ticarət və Sənaye Palatasının sədrliyi ilə videokonfrans vasitəsilə MDB ölkələri Ticarət və Sənaye Palata Rəhbərləri Şurasının XIX iclası keçirildi.

İclasın proqramına uyğun olaraq, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenit Niyaz Əli-zadə və eyni zamanda MDB-yə üzv olan digər dövlətlərin Ticarət və Sənaye Palatalarının rəhbərləri, o cümlədən, MDB İcraiyyə Komitəsinin nümayəndələri çıxış etdilər.

Görüş zamanı palatalararası əməkdaşlığın cari məsələlərinə baxıldı, əməkdaşlığın perspektiv istiqamətləri və 2022-ci ildə birgə tədbirlərin keçirilməsi planları müəyyən edildi.

Sonda iclas iştirakçıları MDB ölkələrinin Palata Rəhbərləri Şurasının XIX iclasının qərarını razılaşdıraraq imzaladılar.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın