MDB dövlətləri İcraiyyə Komitəsinin və Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin birgə təşkilatçılığı ilə 05-06 oktyabr 2022-ci il tarixlərində Moskva şəhərində və eyni zamanda onlayn formatda "MDB üzvü olan dövlətlərdə sahibkarığın inkişafı və KOS-lar arasında iqtisadi əlaqələrin yaradılması" mövzusunda seminar keçirildi. Seminarda MDB ölkələri arasında iqtisadi əlaqələrin bu günkü vəziyyəti və onun KOS-ların inkişafına təsiri, xüsusi sahələr üzrə əməkdaşlığın analizi və digər məsələlər barədə mövzulara toxunuldu. Seminarda iştirak edən AR TSP-nin təşkilat şöbəsinin nümayəndəsi, sonda baş tutan B2B görüşlərdə şirkətlər ilə görüşdü.