Pakistan Azərbaycandakı səfiri ilə görüş
Cari ilin 4 aprel tarixində Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Dr. Səid Xan Mohmand ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu.
Görüş zamanı iki ölkə arasında ikitərəfli iqtisadi münasibətlər, sahibkarların qarşılıqlı biznes mübadiləsi, gələcəkdə həyata keçirilməsi mümkün ola biləcək layihələr haqqında müzakirələr aparıldı.


