01 dekabr 2023-cü il tarixində Pakistanın Karaçi Ticarət və Sənaye Palatasının prezidenti İftixar Əhməd Şeyx ilə AR TSP-nin prezidenti Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu.

Görüş zamanı Azərbaycan və Pakistan arasında olan iqtisadi-siyasi münasibətlər, qarşılıqlı beynəlxalq əlaqələr, eyni zamanda, hər iki ölkənin İKT, kənd təsərrüfatı, yüngül sənaye sahələri geniş müzakirə olundu. Əlavə olaraq, Palataların birgə əməkdaşlığına dair potensial layihələrin, sərgilərin, B2B görüşlərin təşkili nəzərdən keçirildi və gələcəyə dair görülə biləcək məsələlərə toxunuldu.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın