23 sentyabr 2019-cu il tarixində AR TSP-nin prezidenti Niyaz Əli-zadə Avstriya İqtisadiyyat Palatasının Türkiyə, Azərbaycan və Gürcüstan üzrə İstanbul regional bürosunun rəhbəri və eyni zamanda Avstriya Respublikasının Bakıdakı Səfirliyinin akkreditə olunmuş müşaviri Georg Karabaczeki, Avstriya İqtisadiyyat Palatasının İstanbul bürosunun əməkdaşı Johannes Fellneri və Avstriya İqtisadiyyat Palatasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Sabir Məmmədovu Palatada qarşıladı. Görüş zamanı iki ölkə arasındakı iqtisadi münasibətlərin genişləndirilməsi sahəsində geniş müzakirə aparıldı. Gələcəkdə biznes missiyaların, sərgilərin, forum və görüşlərin keçirilməsi məsələlərinə toxunuldu.