Cari ilin 3 noyabr tarixində AR TSP-nin vitse-prezidenti Adil Hüsynov ilə Türkiyənin Eskişehir Ticarət Palatasının sədri Metin Gülerin və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən iş adamlarından ibarət nümayəndə heyətinin Palatada görüşü baş tutdu.
Səmimi dostluq şəraitində keçən görüş zamanı Eskişehir Ticarət Palatası ilə AR TSP arasında 2018-ci ildə imzalanmış Memorandum çərçivəsində ötən illər ərzində görülən işlər, həmçinin, gələcəkdə hər iki Palatanın daha da sıx əməkdaşlıq etməsi istiqamətində birgə atıla biləcək addımlar müzakirə edildi. Eyni zamanda, Türkiyə-Azərbaycan arasında illər ərzində daha da möhkəmlənən dostluq münasibətlərinin ikitərəfli iqtisadi münasibtlər intensivləşməsinə, işbirliklərinin, əməkdaşlıqların artmasına göstərdiyi təsirin vacibliyi vurğulandı. Əsasən, kəndə təsərrüfatı, aqrar sektor, elektron ticarət, tikinti sahələrində birgə əməkdaşlıqların qurulması, qeyri-neft sektorunun inkişafı üçün atılan addımlar, gömrük məsələləri, həmçinin, işğaldan azad edilmiş Qarabağ ərazisində davam etməkdə olan yenidənqurma, bərpa və təmir-tikinti işləri, orada görülmüş və görüləcək işlər ətraflı müzakirə olundu.