03 sentyabr 2019-cu il tarixində AR TSP-nin vitse-prezidenti Adil Hüseynovun Avropa Komissiyasının və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Regionlarda Sahibkarlığın İnkişafına Dəstək” layihəsinin icraçıları Dario Caccamisi, Hülya Tetik, John Toner və Orxan Nəbiyev ilə görüşü baş tutdu. Səmimi şəraitdə keçən görüşdə layihənin əsas məqsədi, keçirilmə müddəti, kiçik və orta sahibkarların ehtiyacları, regionlarda biznesin vəziyyəti və digər məsələlər ətraflı olaraq müzakirə edildi. Adil Hüseynov öz növbəsində, regionlarda bu cür layiəhlərə, treyninq və təlimlərə ehityacın böyük olduğunu qeyd etdi və layihə çərçivəsində Palatanın öz imkanları daxilində əlindən gələn bütün yardımları həyata keçirəcəyini vurğuladı.