10 may 2024-cü il tarixində AR TSP-nin vitse-prezidenti Adil Hüseynov ilə Belçika səfirliyinin iqtisadi və ticari attaşesi Stefano Missir di Lusignanonun Palatada görüşü baş tutdu.

Görüş çərçivəsində Avropa və Azərbaycan arasındakı iqtisadi münasibətlər, Belçika ilə Azərbaycan arasında idxal-ixrac mərhələləri, hər iki ölkənin sahibkarları üçün potensial ixracat üçün yolları, malların növləri və s. iqtisadi-ticari fəaliyyət sahəsindəki əsas məsələlər müzakirə edildi.

Bundan əlavə işğaldan azad olunmuş Qarabağ ərazisində yenidənqurma və bərpa işləri, yeni və çoxşaxəli layihələr və təkliflər barədə ətraflı məlumat mübadiləsi aparıldı.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın