Cari ilin 01 may tarixində AR TSP-ni prezidenti Niyaz Əli-zadə və vitse-prezidenti Nazim Tatliyev ilə Pakistanın İslamabad Kiçik Ticarətçilər və Sənayeçilər Palatasının prezidenti Sajjad Sarvar, vitse-presidenti Syeda Vajida Saleemin Palatada görüşü baş tutdu. Kənd təsərrüfatı, turizm, qida, İT sahələrində fəaliyyət göstərən heyətin də iştirakı ilə keçirilən görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr ətraflı müzakirə olundu.
Görüş çərçivəsində kiçik və orta sahibkar arasında əlaqələrin yaradılması üçün ikitərəfli işgüzar görüşlərin təşkil edilməsi, Pakistan mallarının Azərbaycanda və ya Azərbaycan mallarının Pakistanda sərgisinin təşkili, informasiya mübadiləsinin təmin edilməsi və digər mümkün yollar barədə təkliflər dəyərləndirildi.
Səmimi şəraətdə keçən görüş zamanı gələcəkdə iki Palata arasında Anlaşma Memorandumunun imzalanması da təklif olundu.