Cari ilin 13 iyun tarixində Belçika Krallığının İstanbuldakı Baş Konsulluğunun Flamand bölgəsinin Ticarət və İnvestisiya Attaşesi cənab Peter Verplancken ilə AR TSP-nin vitse-prezidenti Nazim Tatliyevin görüşü baş tutdu.
Görüş zamanı Belçika və Azərbaycan arasında iqtisadi münasibətlər, Azərbaycanda iqtisadiyyatın əsas inkişaf etmiş sahələri, qeyr neft sektorunun, xüsusilə İT, turizm və kənd təsərrüfatı sahələrinin perspektivləri, eyni zamanda Avropa standartları, xarici bazar imkanlar, və digər mövzular müzakirə edildi.
Gələcəkdə iki tərəfli əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı işlərin görülməsinin vacibliyi vurğuıandı.