Cari ilin 6 iyun tarixində Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş Katibi xanım Nqozi Okonyo-İvealanı ilə keçirilən görüşdə UNEC-in rektoru professor Ədalət Muradov, universitetin professor-müəllim heyəti, ÜTT-nin Baş katibi ilə yanaşı, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və ÜTT Katibliyinin Azərbaycan üzrə İşçi Qrupunun sədri, Türkiyənin ÜTT yanında daimi nümayəndəsi, səfir Alparslan Acarsoy, AR TSP-nin məsul nümayəndəsi və digər qurumlardan nümayəndələr də iştirak etdilər.

Baş Katib xanım Nqozi Okonyo Azərbaycanın ÜTT-yə üzvlüyü, üzvolma prosesinin sürətləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər, ticarət məhdudiyyətlərinin aradan qaldırılması, ticarət vergilərinin azadılması, daxili ticarətin dayanıqlılığının təmin edilməsi, digər ölkələrin bu istiqamətdə təcrübəsi ilə bağlı fikirlərini bölüşüb.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın