17 oktyabr 2012-ci il tarixində Azərbaycana səfər etmiş Monteneqronun tanınmış iş adamı, Avstriyanın Monteneqrodakı fəxri konsulu cənab Milan Mrvaljevic və Monteneqro Diplomatik Akademiyasının direktoru cənab Rajko Vujacic ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti cənab Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu.

Görüşdə Azərbaycan-Monteneqro münasibətləri, hər iki ölkənin qarşılıqlı iqtisadi əlaqələr üçün potensialları müzakirə olundu. Azərbaycanda keçirilən sərgilərə maraq göstərən Monteneqro iş adamları, nəqliyyat, turizm sahələrində əlaqələrin inkişaf etdirilməsinin mümkünlüyünü qeyd etdilər.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın