15 dekabr 2014-cü il tarixində Rusiyanın Nijeqorodsk vilayətinin İxracat Potensialının İnkişaf Mərkəzinin direktoru Seleznyov Vladimir Valentinoviç və Nijeqorodsk vilayətinin Ticarət və Sənaye Palatasının baş direktorunun müşaviri Qadalov İqor Anatolyeviçin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu. Dəyirmi masada vilayətin nümayəndə heyəti ilə bərabər, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin tərkibində Ticarət nümayəndəliyinin rəhbərliyi və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının üzvləri də iştirak etmişlər.
Görüş zamanı ölkələrin iqtisadi vəziyyəti, ticari-iqtisadi məsələlər, hər iki tərəfin şirkət və müəssisələri arasında münasibətlərin qurulması və genişləndirilməsi, gələcək əməkdaşlıq əlaqələri və s. mövzulara toxunuldu.
Vilayətin qabaqcıl şirkətlərini təmsil edən nümayəndələr öz fəalliyyətləri barədə ətraflı məlumat verərək, kənd təsərrüfatı, tikinti, neft-qaz və s. sahələr üzrə Azərbaycanda etibarlı və potensial tərəfdaşlarla əlaqələr qurmağa maraqlı olduqlarını qeyd etdilər.
Görüşün sonunda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Rusiyanın Nijeqorodsk vilayətinin İxracat Potensialının İnkişaf Mərkəzi arasında Anlaşma Memorandumu imzalamışlar.